Bakı
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu
Ambulator diaqnostika şöbəsi, 1-ci mərtəbə, otaq 1
Kazım Kazımzadə küçəsi 118, Yasamal rayonu
Uşaqlıq boynu sağlamlığı, HPV, CİN və kolposkopiya üzrə ixtisaslaşmış ginekoloji və onkoginekoloji qəbul — Bakıda və Gəncədə.
Qısa bioqrafiya
Dr. Aytən Abdullayeva Bakıda çalışan ginekoloq-cərrah, onkoloq-ginekoloq və tibb üzrə fəlsəfə doktorudur. Onun əsas iş sahəsi uşaqlıq boynu sağlamlığıdır: insan papilloma virusu (HPV), servikal intraepitelial neoplaziya (CİN — xərçəngönü dəyişikliklər), kolposkopiya, uşaqlıq boynu xərçənginin erkən diaqnostikası və profilaktikası.
Həkim 2003-cü ildə Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirib, internaturanı onkoloji dispanserin ginekologiya şöbəsində keçib və 2007-ci ildən ginekoloq kimi çalışır. 2018-ci ildə tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. Beynəlxalq Kolposkopiya və Servikal Patologiya Federasiyasının (IFCPC) və Beynəlxalq Xərçəng Tədqiqatları Agentliyinin (IARC) kolposkopiya üzrə təlim proqramını OSCE imtahanı ilə başa vurub.
Qəbulları Bakıda Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda aparır, Gəncədə isə dövri qəbul günləri keçirir.
Profilaktika və erkən diaqnostika
Müntəzəm skrininq dəyişiklikləri xərçəngə çevrilməzdən əvvəl aşkar etməyə imkan verir
Uşaqlıq boynu xərçəngi bir anda yaranmır: əksər hallarda uzun müddət davam edən yüksək riskli HPV infeksiyası illər ərzində xərçəngönü dəyişikliklərə (CİN) səbəb olur. Bu dəyişikliklər adətən heç bir əlamət vermir, lakin müntəzəm skrininq — PAP-test, HPV testi və göstəriş olduqda kolposkopiya — onları xərçəngə çevrilməzdən əvvəl aşkar etməyə imkan verir. Bu səbəbdən HPV peyvəndi və vaxtında skrininq uşaqlıq boynu xərçənginin qarşısının alınmasında iki əsas vasitə hesab olunur.
“Profilaktik müayinə qorxu deyil, nəzarətdir.”
Dr. Aytən AbdullayevaQəbulda
Addım-addım
Yanaşma
“Kolposkopiya qorxulacaq yox, gecikdirilməyəcək müayinədir.”
“Mən həkim olaraq sizi məlumatlandırıram, seçim isə sizin özünüzündür.”
“Əldə etdiyim hər yeni bilik qadın sağlamlığının qorunmasına xidmət edir.”
Bakı və Gəncə
Bakı
Ambulator diaqnostika şöbəsi, 1-ci mərtəbə, otaq 1
Kazım Kazımzadə küçəsi 118, Yasamal rayonu
Gəncə
Dövri qəbul günləri; tarixlər Instagram səhifəsində elan olunur.
Maarifləndirmə
Qısa cavablar
Xeyr. HPV müsbət nəticə virusun olduğunu göstərir, xərçəngi yox. Növbəti addım HPV-nin tipindən, PAP-testin nəticəsindən və əvvəlki müayinələrdən asılıdır.
Kolposkopun özü bədənə toxunmur və müayinə adətən ağrısızdır; biopsiya götürüləndə qısa müddətli sancı ola bilər.
Xeyr. “Eroziya” deyilən görünüşün çoxu fizioloji ektopiyadır; müalicə yalnız müayinədən sonra, göstəriş olduqda planlaşdırılır.
Peyvənd 9 yaşdan 45 yaşa qədər qeydiyyatdadır; ən yüksək fayda cinsi həyata başlamazdan əvvəl vurulduqda əldə edilir.
Çərəzlər və brauzer yaddaşı
Sayt yalnız işləməsi üçün zəruri yaddaşdan istifadə edir: məsələn, bu seçiminiz və əlçatanlıq ayarlarınız brauzerinizdə saxlanılır. YouTube videoları və Google Xəritə xarici xidmətlərdir — onlar yalnız razılığınızla yüklənir və öz çərəzlərini yerləşdirə bilər. Ətraflı
Əlçatanlıq parametrləri sıfırlanmışdır