Prosedurlar
| Prosedur | Nə üçün | Ətraflı |
|---|---|---|
| LEEP (LLETZ) | CİN 2–3 (HSIL) hallarında dəyişmiş sahənin çıxarılması və histoloji müayinəsi | LEEP (LLETZ) |
| Hədəfli biopsiya | Kolposkopiyada şübhəli sahədən diaqnoz üçün toxuma nümunəsi | Kolposkopiya |
| Lazer vaporizasiyası | Göstəriş olduqda ektopiya və bəzi xərçəngönü (CİN) sahələrin müalicəsi | “Eroziya” (ektopiya) |
| Kondilomaların lazerlə kənarlaşdırılması | Genital ziyillər | Kondilomaların müalicəsi |
| Servikal polipin kənarlaşdırılması (polipektomiya) | Qanaxmaya səbəb olan və ya şübhəli polip; toxuma histoloji müayinəyə göndərilir | Servikal və endometrial poliplər |
| Endometrial qaşıntı (histoloji müayinə üçün) | Endometrial hiperplaziya və ya polip şübhəsi | Klinik nümunə aşağıda |
- Həkimin paylaşımlarından bir klinik nümunə: 60 yaşlı pasiyentdə USM-də endometrial hiperplaziya şübhəsi və uşaqlıq boynunda polip aşkarlanıb; endometriumdan qaşıntı materialı götürülüb, polip kənarlaşdırılıb və hər ikisi histoloji müayinəyə göndərilib.
- Başqa bir halda HPV testi mənfi olan və kolposkopiyada uşaqlıq boynu patologiyası aşkarlanmayan pasiyentdə aybaşılar arasında qanaxmaya səbəb olan təkrarlanan polip aşkarlanıb; plan: polipin kənarlaşdırılması və iltihab əleyhinə müalicə.
Son yenilənmə: · Məlumat maarifləndirici xarakter daşıyır və həkim müayinəsini əvəz etmir. Redaksiya siyasəti