Tibbi yazı

HPV peyvəndi: ən çox verilən suallar

Qısa cavab

Gardasil 9 doqquz HPV tipinə qarşı qoruyur və 9–45 yaşda istifadə üçün qeydiyyatdadır. Ən yüksək fayda cinsi həyata başlamazdan əvvəl, 9–14 yaşda vurulduqda əldə edilir. Peyvənd skrininqi əvəz etmir.

15 yaşdan sonra: 3 doza026ay

Qızıma hansı yaşda peyvənd vurdurum?

Ən uyğun dövr 9–14 yaşdır: bu yaşda immun cavab güclüdür və adətən 2 doza kifayət edir.

Oğlanlar da peyvənd olunmalıdırmı?

Bəli. HPV kişilərdə genital ziyillərə və bəzi xərçənglərə səbəb ola bilər; peyvənd həm onları qoruyur, həm də gələcək partnyorlara ötürülmə riskini azalda bilər.

30–45 yaşda peyvəndin mənası varmı?

Bəli, fərdi qərarla. Peyvənd bu yaşda da hələ yoluxmadığınız tiplərdən qoruya bilər; faydası həkimlə birlikdə qiymətləndirilir.

Peyvənd təhlükəsizdirmi?

Peyvənd canlı virus və virusun genetik materialını daşımır. Ən çox rast gəlinən yan təsirlər yüngüldür: vurulduğu yerdə ağrı, qızartı, baş ağrısı.

Peyvənd sonsuzluq yarada bilərmi?

Xeyr. Araşdırmalarda HPV peyvəndi ilə sonsuzluq arasında əlaqə tapılmayıb — bu mövzu həkimin “Qardasil peyvəndi sonsuzluq verə bilərmi?” videosunda da izah olunur.

HPV müsbətdirsə, peyvəndə ehtiyac varmı?

Ola bilər: peyvənd mövcud infeksiyanı müalicə etmir, amma digər tiplərdən qoruyur.

Peyvənd olunmasam nə etməliyəm?

Dr. Abdullayeva seçimi pasiyentə buraxır: “Mən həkim olaraq sizi məlumatlandırıram, seçim isə sizin özünüzündür.” Peyvənd olunmayan qadınlar üçün müntəzəm PAP/HPV skrininqi və ziyillərin vaxtında müalicəsi xüsusilə vacibdir.

Peyvənd olunduqdan sonra PAP-test lazımdırmı?

Bəli, skrininq davam etdirilir.

Xidmət HPV peyvəndi (Gardasil 9)

Son yenilənmə: · Məlumat maarifləndirici xarakter daşıyır və həkim müayinəsini əvəz etmir. Redaksiya siyasəti

Dr. Aytən AbdullayevaGinekoloq-cərrah · onkoloq-ginekoloq

Qəbul və suallar

Formanı doldurun — mesaj WhatsApp-da hazır şəkildə açılacaq. Saytda heç bir məlumat saxlanılmır. Təcili hallarda 103 nömrəsinə zəng edin.

Müraciət növü

Şəxsi tibbi sənədlərinizi və analiz cavablarınızı formaya əlavə etməyin.

Və ya birbaşa yazın, zəng edin:

Çərəz ayarları

Hansı kateqoriyalara icazə verdiyinizi seçin. Seçiminizi istənilən vaxt saytın aşağısındakı “Çərəz ayarları” keçidi ilə dəyişə bilərsiniz.

Zəruri

Saytın işləməsi üçün lazımdır: çərəz seçiminiz (birinci tərəf çərəzi, 6 ay) və əlçatanlıq ayarlarınız (brauzer yaddaşı). Reklam və ya izləmə məqsədi daşımır. Həmişə aktivdir.

Xarici media

YouTube videoları (youtube-nocookie.com) və Google Xəritə. İcazə versəniz, bu xidmətlər açıldıqda öz çərəzlərini yerləşdirə bilər. İcazə verməsəniz, onlar yalnız siz düyməni basdıqda bir dəfəlik yüklənir.