Tibbi yazı

Kolposkopiyaya hazırlıq: əvvəl, zamanı və sonra

Qısa cavab

Kolposkopiyanı aybaşı qanaxması olmayan günə planlaşdırın, 24–48 saat əvvəl cinsi əlaqədən və vaginal preparatlardan çəkinin. Müayinə 10–15 dəqiqə çəkir; biopsiya götürülübsə, bir müddət cinsi əlaqədən və hovuzdan uzaq durun.

×7,5–40

Müayinədən əvvəl

  • aybaşı qanaxması zamanı müayinə aparılmır — ən uyğun vaxt aybaşı bitdikdən sonrakı günlərdir;
  • 24–48 saat ərzində cinsi əlaqə, vaginal şam, məlhəm, tampon və yuyunma olmasın;
  • kəskin infeksiya əlamətləri (güclü axıntı, yanma) varsa, həkimə əvvəlcədən deyin — bəzən əvvəlcə infeksiya müalicə olunur;
  • əvvəlki PAP-test, HPV və biopsiya nəticələrini gətirin;
  • hamilə ola bilərsinizsə, həkimə bildirin.

Müayinə zamanı

  • uşaqlıq boynu güzgü ilə görünən hala gətirilir, kolposkop isə kənardan baxır;
  • sirkə turşusu və Lüqol məhlulu çəkilir — yüngül göynəmə ola bilər;
  • həkim görüntünü böyüdülmüş halda qiymətləndirir və lazım olduqda biopsiya götürür;
  • videokolposkopiyada görüntünü ekranda siz də görə bilərsiniz.

Müayinədən sonra

  • biopsiya götürülməyibsə — adi həyatınıza dərhal qayıda bilərsiniz;
  • biopsiyadan sonra 1–2 gün yüngül ləkələnmə və ya qəhvəyi axıntı normaldır;
  • Dr. Abdullayeva biopsiyadan sonra təxminən 2 həftə cinsi əlaqədən, dənizə, hovuza və vannaya girməkdən çəkinməyi tövsiyə edir;
  • güclü qanaxma, qızdırma və artan ağrı olarsa, həkimə müraciət edin;
  • biopsiya nəticəsi gəldikdən sonra növbəti plan birlikdə müzakirə olunur.

“Kolposkopiya qorxulacaq yox, gecikdirilməyəcək müayinədir.”

Dr. Aytən Abdullayeva
Xidmət Kolposkopiya

Son yenilənmə: · Məlumat maarifləndirici xarakter daşıyır və həkim müayinəsini əvəz etmir. Redaksiya siyasəti

Dr. Aytən AbdullayevaGinekoloq-cərrah · onkoloq-ginekoloq

Qəbul və suallar

Formanı doldurun — mesaj WhatsApp-da hazır şəkildə açılacaq. Saytda heç bir məlumat saxlanılmır. Təcili hallarda 103 nömrəsinə zəng edin.

Müraciət növü

Şəxsi tibbi sənədlərinizi və analiz cavablarınızı formaya əlavə etməyin.

Və ya birbaşa yazın, zəng edin:

Çərəz ayarları

Hansı kateqoriyalara icazə verdiyinizi seçin. Seçiminizi istənilən vaxt saytın aşağısındakı “Çərəz ayarları” keçidi ilə dəyişə bilərsiniz.

Zəruri

Saytın işləməsi üçün lazımdır: çərəz seçiminiz (birinci tərəf çərəzi, 6 ay) və əlçatanlıq ayarlarınız (brauzer yaddaşı). Reklam və ya izləmə məqsədi daşımır. Həmişə aktivdir.

Xarici media

YouTube videoları (youtube-nocookie.com) və Google Xəritə. İcazə versəniz, bu xidmətlər açıldıqda öz çərəzlərini yerləşdirə bilər. İcazə verməsəniz, onlar yalnız siz düyməni basdıqda bir dəfəlik yüklənir.